Əllərimizi yoxlayarkən həmişə şəhadət və ya üzük barmağımızın daha uzun olmasına baxmışıq. Adətən, bu insanlarda sırf estetik bir narahatlıq doğurur. Amma elmə görə, üzük barmağınızın uzun olmağı çox şeydən xəbər verir. Xüsusilə qadınlarda çox təəccüblü nəticələri olan bu vəziyyət hətta aqressivlik, iddialılıq, risk alma və s. kimi şəxsi xüsusiyyətlərinə də təsir edə bilər.
Bu məlumat sosial mediada boşboğazlıq və ya ictimai cəfəngiyat kimi səslənə bilər, ancaq onun arxasında həqiqətən də çoxlu elmi əsaslar vardır.
Araşdırmalara əsasən, şəhadət barmağına nisbətən üzük barmağının daha uzun olmasının səbəbi bətnə qədər gedib-çıxa bilir. Körpənin ana bətnində olarkən testosteron hormonuna daha çox məruz qalması barmağın belə inkişafının göstəricisidir.
Əlbəttə ki, biz ana bətnindəki körpənin prenatal hormonlara nə qədər məruz qaldığını ölçə bilmərik, lakin dolayı yolla şəhadət və üzük barmaqlarının uzunluğunu ölçə bilərik. Testosteron hormonuna məruz qalmaq üzük barmağının uzanmasını və hətta uşağın oğlan olma ehtimalını artıra bilər.
Qadınlarda barmaq uzunluğu, güc və ya zəiflik kimi xüsusiyyətləri də xarakterizə edir.
Bir neçə il əvvəl edilən araşdırmada məlum olub ki, şəhadət barmağı digər barmaqdan daha qısa olan qadınların fiziki cəhətdən daha güclü olma ehtimalı daha yüksəkdir və tədqiqatçılar insanların barmaq uzunluğu nisbətlərinin əzələ gücü ilə necə əlaqəli olduğunu da ortaya çıxarıblar.
Onlar aşkar ediblər ki, şəhadət barmağı adsız barmağından daha qısa olan qadınlar, digər qadınlara nisbətən daha güclü tutuş gücünə malikdir.
Şəhadət barmağının üzük barmağına nisbəti hətta aqressiya əlaməti də ola bilər.
Bu yaxınlarda tədqiqatçılar aşkar etdilər ki, şəhadət barmağı adsız barmağa nisbətən nə qədər qısa olarsa, prenatal testosteron səviyyəsi bir o qədər yüksəkdir və həyat boyu fiziki olaraq aqressiv olma ehtimalı bir o qədər yüksəkdir.
Üzük barmağının ölçüsü onların həyatda və karyerada uğurları ilə bağlı olur.
Üstəlik, digər elmi araşdırmalara görə qadınlarda üzük barmağı uzunluğu onların karyeralarında və həyatlarındakı uğurlarına da təsir edə bilər.
Aldo Rustichini və Luigi Guiso tərəfindən aparılan araşdırmada italyan qadınlarla sorğu aparılıb. Daha uzun üzük barmaqları olanlar; risk alma və inadkarlıq kimi xüsusiyyətlərdədirlər. .
Medianews.az