Keniyada “aclıq təriqəti” vəhşiliyi davam edir.
Medianews.az xəbər verir ki, ölüm orucuna görə həyatını itirənlərin sayı günü-gündən artır.
Ardıcıllarını ölüm orucuna sövq edən “aclıq təriqəti”nin istintaqında kütləvi məzar axtarışları zamanı yeni cəsədlər tapılıb.
Dəhşətli cinayətin istintaqını aparan komissar Rhoda Onyancha dini lider Paul Mackenzie-nin günahlandırıldığı hadisədə yeni cəsədlərin tapıldığını və ölü sayının 201-ə çatdığını açıqlayıb.
Onyancha saxlanılanların sayının 26-ya yüksəldiyi barədə də məlumat paylaşıb.
Təriqətin yayıldığı Malindi şəhərində 610 nəfər itkinin axtarışları davam edir.
Digər tərəfdən Keniya mətbuatında tez-tez orqan ticarəti şübhəsinin gündəmə gəlməsinin ardından edilən araşdırmalarda bəzi şəxslərin orqanlarının çıxarıldığı da müəyyən edilib.
Qeyd edək ki, bir müddət öncə Good News International kilsəsinin papası Pol Makkenzi Ntenqe adamlara ac qalacaqları təqdirdə İsa peyğəmbər ilə görüşə biləcəkləri barədə vəd verib.
Medianews.az