Türkiyənin İsparta vilayətinin bələdiyyə başçısı Şükrü Başdeğirmenin qızı Mürüvvet Başdeğirmen atdan yıxılaraq beyin qanaması keçirib.
Medianews.az xəbər verir ki, əməliyyata alınan Başdeğirmenin 72 saat müşahidə altında saxlanılacağı bildirilib.
Hadisə mayın 13-də Deregümü kəndində yerləşən at fermasında baş verib. Fermadan atını götürüb gəzintiyə çıxan 34 yaşlı Mürüvvet Başdeğirmen müvazinətini itirərək yıxılıb.
Fermadakı işçilərinin xəbər verməsindən sonra hadisə yerinə gələn sağlamlıq qrupları, ilk müdaxiləni etdikdən sonra Mürüvvet Başdeğirmeni Süleyman Dəmirəl Universiteti (SDU) Araşdırma və Tətbiq Xəstəxanasına aparıblar.
Beyin qanaması olduğu aşkarlanan Mürüvvet Başdeğirmen dərhal əməliyyata alınıb. Başdeğirmenin 72 saat müşahidə altında saxlanılacağı bildirilib.
Medianews.az