İki naməlum şəxs park halında olan avtomobilə güllə yağdırıb.
Medianews.az xəbər verir ki, hadisə İstanbulun Sultanbəyli məhəlləsində baş verib.
Məlumata görə, avtomobillə küçədə gedən 2 naməlum şəxs, Mustafa K.-nın evinin qarşısında park edən avtomobilə atəş açaraq sürətlə hadisə yerini tərk edib.
Səhər işə getmək üçün maşınına gedən Mustafa K. maşınına atəş açıldığını görüb və vəziyyəti polis qruplarına bildirib.
Hadisə yerinə gələn polis qrupları avtomobilə baxış keçirib. Müayinədə 5 güllənin avtomobilə dəydiyi müəyyən edilib. Avtomobilin sahibi Mustafa K. ifadə vermək üçün polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az