Nigeriyalı aşpaz Hilda Bassey Effiong 100 saat yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb.
Medianews.az xəbər verir ki, “Hilda Baci” kimi tanınan 27 yaşlı Effionq mayın 12-də ölkənin Laqos şəhərində başladığı yemək marafonunu 100 saat davam etdirərək yeni rekord qırıb.
Ginnesin Rekordlar Kitabına daxil edilən Effionq 87 saat 45 dəqiqə bişirən hindistanlı aşpaz Lata Tondonun 2019-cu ildəki rekordunu yeniləyib.
Medianews.az