Çorumda müxtəlif cinayətlərdən axtarılan və səs verməyə gələrkən nəzarətə alınan 3 şübhəli həbs edilib.
BAKU.WS “TRT Haber”ə istinadən xəbər verir ki, 26 yaşlı O.U, 28 yaşlı A.İ.Ç və 31 yaşlı M.B adlı şəxslər səs verməyə gəldikləri məntəqələrdə polis əməkdaşları tərəfindən yaxalanıb.
Səs verdikdən sonra polis bölməsinə aparılan şübhəlilər, əməliyyatlarının ardından sövq edildikləri məhkəmə tərəfindən həbs edilib.