Braziliyanın Londrina şəhərində baş verən hadisə qısa zamanda ölkə gündəmini zəbt edib.
Medianews.az xəbər verir ki, 32 yaşlı Daniele Qonçalves adlı qadın təxminən 8 aydır birlikdə olduğu sevgilisinə balta ilə hücum edib.
Hadisə nəticəsində ağır yaralanan qadın xəstəxanaya aparılıb. Üzündən və qolundan xəsarət alan Qonçalvesin səhhətinin yaxşı olduğu bildirilib. Hadisənin qısqanclıq səbəbindən baş verdiyi bildirilir.
Polis 26 yaşlı kişini Braziliyanın cənubundakı Marinqa bölgəsindəki psixiatriya klinikasında tapıb və həbs edib.
Medianews.az