Ermənilər bu dəfə dünya ictimaiyyətinin gülüş hədəfinə çevriliblər.
KONKRET.az xəbər verir ki, “Avroiviziya”da erməni müğənninin oxuduğu mahnının sözləri səhv anlaşılıb.
Belə ki, “Avroiviziya” tamaşaçıları Ermənistandan olan müğənninin pis diksiyasına görə, mahnının sözlərini düzgün başa düşməyiblər.
Mahnıda ingilis dilində “Fire in my veins” misrası var idi, bu da “Damarlarımda atəş” mənasını verir. Lakin ingilis dilində danışanlar və bu dili təmiz bilənlər “Fire in my veins” misrasını “Fart in my face” kimi eşidiblər ki, bu da “Mənim üzümə pis qoxu burax” mənasını verir.
Baş verən bu anlaşılmazlıq erməni müğəninini gülünc vəziyyətə salıb və “Avroviziya” tamaşaçılarının gülüş hədəfinə çevirib.
Onlar sözlər səhv məna verməsin deyə müğənniyə öz diksiyası üzərində işləməyi məsləhət görüblər.
Ermənilər isə kütləvi şəkildə dünya ictimaiyyətini “savadsızlıq”da ittiham etməyə başlayıb, bunu paxıllıq kimi qələmə veriblər.