Türkiyə Böyük Millət Məclisinə namizəd olan 4 qardaşdan biri qalib olub.
Medianews.az xəbər verir ki, Şırnakda 4 qardaş, 4 fərqli partiyadan namizəd olub.
Onlardan biri AK Partiya millət vəkiliyinə namizəd , qalan 3 nəfər isə digər partiyalardandır.
Rəqib qardaşlardan yalnız biri Parlamentə daxil ola bilib.
AK Partiyadan olan Arslan Tatar qardaşlarını məğlub edərək Türkiyə Böyük Millət Məclisinə daxil olmaq hüququ qazanıb.
Qeyd edək ki, O şəhərdə AK Partiyadan olan yeganə namizəddir.
Medianews.az