Türkiyədə keçirilən seçkilərdə qəribə hal yaşanıb.
Medianews.az xəbər verir ki, Adıyamanda qadın seçici Ərdoğanın şəkli olan parçaya bükülmüş şəkildə seçki məntəqəsinə gəlib.
Lakin o səsverməyə buraxılmayıb. Onun bu addımı təşviqat kimi qiymətləndirilib.
Qeyd edək ki, seçki məntəqələrində təşviqat aparmaq qadağandır.