“Real”ın (Madrid) PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı planı bəlli olub.
Offsideplus.az xəbər verir ki, “Kral klubu” 24 yaşlı futbolçunu 2024-cü ildən öncə heyətinə qatmağa çalışmayacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Xəbərə görə, İspaniya nəhəngi braziliyalı vinger Vinisius Juniorun çıxışından razıdır. Klub rəhbərliyi onu fransalı futbolçudan daha xeyirli və üstün hesab edir.
Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.