Azərbaycan “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.
Medianews.az xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.
Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər.
Qeyd edək ki, Liverpulda keçirilən yarışmada İsveçi təmsil edən müğənni Lorin “Tattoo” mahnısı ilə qalib olub.