Gəzintiyə çıxan şagirdlər gölə düşərək boğulublar.
Medianews.az xəbər verir ki, hadisə Afyonkarahisarın Hocalar rayonunda baş verib.
Məlumata görə, lisey şagirdləri il sonu gəzintisi zamanı gölməçəyə düşüblər. Hadisə nəticəsində 2-si şagird olmaqla 4 nəfər boğularaq həlak olub.
Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.
Aytac Şahin
Medianews.az