Rusiyalı futbolçu Aleksandr Karakin Minsk şossesində baş verən avtomobil qəzasında ağır xəsarət alaraq xəstəxanada dünyasını dəyişib.
Medianews.az SHOT teleqram kanalına istinadla xəbər verir ki, idmançı mayın 12-də səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Karakinin 32 yaşı var idi, “Spartak” və “Dinamo”nun gənclər komandalarında çıxış edib, 2011-ci ildə “Ximki”də oynamağa başlayıb. Son illərdə Karakin Həvəskar Futbol Liqasında çıxış edib.
Medianews.az