Rusiyanın keçmiş Müdafiə naziri Aleksandr Kolmakovun həyat yoldaşı qaçırıldı.
Medianews.az rus mətbuatına istinadla xəbər verir ki, axşam saatlarında naməlum şəxslər generala zəng edərək həyat yoldaşının qaçırıldığını və müəyyən məbləğdə fidyə ödəməyi tələb ediblər.
Belə ki, qaçıran şəxslər naziri pul verməyəcəyi təqdirdə həyat yoldaşını öldürəcəkləri ilə hədələyiblər.
Hərbi Hava Qüvvələrinin komandanı və keçmiş müdafiə nazirinin müavini hücum edənlərin şərtləri ilə razılaşıb, lakin bundan sonra o, polisə müraciət edib.
Hazırda hüquq-mühafizə orqanları axtarışlarını davam etdirir.