Texnoloji inkişaflar həyatımızı asanlaşdırsa da, zərərli işlərdə də istifadə olunur.
Medianews.az xəbər verir ki, uzaq şərqli bir qadının süni intellekt proqramları ilə yaradılan fotosu ‘Yaponiya Səhiyyə Naziri’ həştəqləri ilə sosial mediada gündəm olub.
‘Yapon Səhiyyə Naziri’ etiketləri ilə paylaşılan və süni intellektlə yaradılan dekolteli qadının şəkli bir çox istifadəçi tərəfindən paylaşılıb. Lakin foto reallığı əks etdirmir. Çünki Yaponiyanın səhiyyə, əmək və rifah naziri Kato Katsunobu adlı şəxsdir.
Medianews.az