Aksarayda 20 yaşlı mebel ustası Əli Uçak iş yerində mübahisə etdiyi Nebi Kenter tərəfindən başından tapança ilə vurulduqdan 14 gün sonra həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Büyük Bölcek Məhəlləsində mebel sexində baş verib. Əli Uçak işdə tək olanda həmkarı Raşit Sancar dostu Nebi Kenterlə onun yanına gəlib. İddiaya görə, Sancarın oğurlanan iş materiallarına görə mübahisə düşüb.
Mübahisə davaya çevrildikdən sonra Nebi Kenter tapança ilə atəş açıb və Əli Uçarı başından yaralayıb. Usta qanlar içində yerə yıxılarkən, onlar iş yerindən qaçıblar. Əli Uçak təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı işə başlayan polis, hücum edənlər Raşit Sancar və Nebi Kenterin gizləndiyi bağ evində əməliyyat keçirib. Təxminən 15 kilometrlik təqibdən sonra şübhəlilər yaxalanıb.
Əli Uçak isə müalicə olunduğu xəstəxanada bu gün dünyasını dəyişib.
Aytac Şahin
Medianews.az