Korrupsiya ittihamı ilə həbs edilən Pakistanın keçmiş baş naziri İmran Xan sərbəst buraxılıb.
Medianews.az xəbər verir ki, onun həbsindən sonra küçə etirazlarının başladığı ölkədə bu hadisədən sonra gərginliyin azalacağı gözlənilir.
Etimad səsini itirdikdən sonra korrupsiya ittihamı ilə üzləşən Pakistanın keçmiş baş naziri İmran Xan bu yaxınlarda həbs edilib. Həbsdən sonra ölkə boyu etiraz aksiyaları başlayıb. Xan tərəfdarları İslamabad, Ravalpindi, Lahor, Kəraçi, Pişəvər və bir çox başqa şəhərlərdə küçələrə çıxıb. Etirazçılarla polis arasında baş verən qarşıdurmada 9 nəfər həyatını itirib, 290 nəfər yaralanıb.
Bu hadisələrdən sonra Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) Xanın həbsinə etirazı Konstitusiya Məhkəməsində qiymətləndirilib. Məhkəmə keçmiş xanın həbsinin “qanunsuz” olduğunu bildirib və onun dərhal azadlığa buraxılmasına dair qərar verib.
Aytac Şahin
Medianews.az