Evdə uşaq dünya gətirən yeniyetmənin qorxunc əməli hər kəsi şoka salıb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə İngiltərədə qeydə alınıb.Belə ki, Paris Mayo adlı 15 yaşlı yeniyetmə valideynləri evdə olarkən uşaq dünyaya gətirib.
Mayo daha sonra uşağını boğaraq öldürdükdən sonra onu zibil torbasına atıb.
O, dünyaya gətirdiyi körpəni boğduqdan sonra körpənin boğazına pambıq dolduraraq zibil torbasına atıb.
Səhəri gün o, qardaşına mesaj yazıb və evdən çıxarkən zibil torbasını zibil qutusuna atmasını istəyib. Amma yeniyetmənin anası zibil torbasında cansız körpə cəsədini görərək şoka düşüb. Daha sonra ana polisə müraciət edib. Hadisə yerinə gələn polis yeniyetməni həbs edib.
Qatil ana ifadəsində hamilə olduğunu bilmədiyini, körpənin qəfildən doğulduğunu, körpənin öldüyünü desə də, müayinədə körpənin özünün boğaraq öldürdüyü üzə çıxıb.
Medianews.az