Türkiyə prezidentini təqlid etməsi ilə məşhur olan türkiyəli fenomen Muhammed Nur Nahya Ərdoğanla görüşüb.
Medianews.az xəbər verir ki, sosial mediada paylaşılan videoda prezident Ərdoğanın Məhəmməd Nur Nəhyanın təqlidlərinə gülməməsi diqqət çəkib.
Prezident Ərdoğanla görüşdüyü anların videosunu paylaşan Muhammed Nur Nahya “Gözlənilən böyük görüşün baş tutduğunu deyə bilərikmi?” sözlərini yazıb.