Rus qoşunları Baxmut cəbhəsinin bəzi bölgələrində 2 km geri çəkilib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski məlumat verib.
Sırski Ukrayna əsgərlərinin Baxmut istiqamətində apardığı müdafiə əməliyyatlarından danışıb.
“Effektiv müdafiə əməliyyatı nəticəsində Rusiyanın “Vaqner” dəstəsi zəiflədi. Rusiyanın mayın 9-na kimi Baxmuta nəzarəti ələ keçirəcəklərinə dair açıqlamalarına baxmayaraq bu, baş vermədi. Ukrayna müdafiə qüvvələri cəbhəni etibarlı şəkildə qoruyur və düşmənin irəliləməsinə imkan vermir. Baxmut uğrunda mübarizə davam edir. Ukrayna ordusunun 3-cü hücum briqadası rus qoşunlarına güclü zərbə vurub və ordunun gücünü nümayiş etdirib”,- o vurğulayıb.