Keniyada baş verən hadisə ölkədə böyük hiddətə səbəb olub.
Medianews.az xarici mediaya istinadən bildirir ki, qadın sevgilisinin evinə köçməyə hazırlaşarkən 3 yaşlı oğlunu istəmədiyi üçün ona qarşı vəhşilik törədib.
Belə ki, sevgilisi 3 yaşlı oğlunu istəmədiyi üçün adı açıqlanmayan gənc ana uşağını boğaraq öldürüb.
Bildirilib ki, meyitdən xilas olmaq istəyən ana cəsədi atarkən yerli sakinlər tərəfindən onun bu çirkin əməli ortaya çıxıb.
İnsanların şikayəri üzrə hadisə yerinə gələn polis qadını həbs edib.
Medianews.az