Finlandiya tarixinin ən gənc baş naziri olan Sanna Marin 3 ildir evli olduğu Markus Raikkonen ilə boşanır.
Medianews.az xəbər verir ki, hər addımı ilə gündəmə gələn baş nazir bu dəfə də boşama qərarı ilə sosial mediada müzakirələrə yol açıb.
Cütlük qərarlarını ortaq şəkildə aldıqlarını açıqlayıblar.
Qeyd edək ki, Sanna Marin keçən il ortaya çıxan rəqs görüntüləri ilə uzun müddət gündəmi zəbt etmişdi.