İngiltərənin paytaxtı Londonun Şərqi Dulviç bölgəsində baş verən hadisənin anları canlı yayım zamanı saniyə-saniyə lentə alınıb.
Medianews.az xəbər verir ki, Owusu-Ansah adlı 18 yaşlı gənc qadın yaxın rəfiqəsi ilə sevgilisinin onu aldatdığını düşünərək dəhşət saçıb.
Mobil telefonu ilə lentə alınan anlarda o, rəfiqəsinə18 bıçaq zərbəsi vurub. Sonra onun üzərinə bir qazan qaynar su töküb.
Sosial mediada gündəm yaradan görüntülərdən sonra Ansah həbs edilib. Qəsdən adam öldürdüyü üçün həbs edilən Ansaha 3 ilə qədər həbs cəzası verilib. Məhkəmədə Ansah sevgilisi ilə münasibətdə olduğunu düşündüyü üçün dostunu cəzalandırmaq qərarına gəldiyini etiraf edib.
Medianews.az