Çərşənbə, 7 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qazi sevgilisigilə gələn oğlanı döyə-döyə öldürdü – Bakıdakı qətlin TƏFƏRRÜATI

Aytac
11/05/2023 09:10
339
BAXIŞ
FacebookTwitterTelegram

CİNAYƏT İŞİ

Qısa arayış…

2022-ci il fevralın 13-ü gecə saatlarında Respublika Klinik Xəstəxanasından 1992-ci il təvəllüdlü Eynulla İbadov aldığı ağır xəsarətlərdən ölüb.
Hadisə Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 ünvanında baş verib. Həmin gecə şübhəli şəxs qismində Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Yəhya Quliyev saxlanılıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Eynulla İbadovun ölümünə – beyinə qansızma səbəb olub. Onun qanında 1,23% qatılığında etil spirti aşkar edilib.

Medianews.az Lent.az-a istnadən qətl hadisəsinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, Yəhya Quliyev fevralın 13-ü gecə saat 1:40-da Biləcəri qəsəbəsinin M.Aslanov küçəsində yerləşən evlərinə qayıdarkən, məhəllədə, gümüşü metalik rəngli dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığını və salonda üç nəfərin əyləşdiyini görüb. Əvvəllər həyətlərindəki avtomaşınlardan gecələr oğurluq hadisələri baş verdiyinə görə, həmin şəxslərin də oğurluq məqsədi ilə gəldiklərini güman edib. Yəhya avtomobilə yaxınlaşıb, həmin şəxslərdən dayanmalarının səbəbini soruşduqda, sükan arxasından düşən sürücü Zamiq Həşimli və sərinişini Eynulla İbadov kobud tərzdə, gedib işi ilə məşğul olmasını bildiriblər. Özünü təhqir olunmuş hesab edən Yəhya Quliyev onları cəzalandırmaq və məhəllədən uzaqlaşdırmaq qərarına gəlib. Bu məqsədlə yaşadığı evin həyətinə keçib, təmir işlərində istifadə edilən taxta parçasını götürüb geri qayıdıb. Sürücü tərəfdən qapını açıb, əvvəlcə salonda, sonra isə yerdə Zamiq Həşimliyə zərbələr vurub. Maşından düşüb ona yaxınlaşan Eynulla İbadovun söyüşlərindən hiddətlənərək, bədəninin müxtəlif nahiyələrinə, həmçinin yumruqla alnı və üzünə zərbələr endirib. Nəticədə Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb.

Eynulla İbadov
İş üzrə dindirilmiş Yəhya Quliyev bildirb ki, valideynləri, qardaşı və bacısı ilə Biləcəri qəsəbəsində yerləşən fərdi evdə yaşayıb. Fevralın 13-ü gecə saat 1 radələrində məhəllədə “Opel” markalı avtomobilin dayanmasını və içərisində bir neçə şəxsin olmasını görüb:

“Həyətimizdə dəfələrlə nəqliyyat vasitələrindən oğurluq edildiyindən, həmin maşının şüşəsini döydüm. Şüşəni açan sürücü nə lazım olduğunu soruşanda, onlardan orda niyə dayandıqlarını soruşdum. Sürücü əvvəl maşının xarab olduğunu, sonra isə adam gözlədiklərini dedi. Həmin şəxslərin əraziyə nabələd olmasını düşünüb onlara nə köməklik edə biləcəyimi soruşdum. Sərnişənlərdən biri kobud tərzdə mənə “get işinlə məşğul ol” sözlərini dedi. Zamiq Həşimli və Eynulla İbadov maşından çıxsalar da, arxa oturacaqda əyləşən şəxs düşmədi. Zamiq mənə Eynullanın içkili olduğunu deyərək, ona fikir verməməyimi xahiş etdi. Buna baxmayaraq, Eynulla yaxınlaşıb uca səslə “sənə nə lazımdı, bizə nə kimi qulluq eliyə bilərsən” sözlərini söyləyərək, əli ilə çiynimdən tutub, bir qədər özünə tərəf çəkdi. Eynullanın mənimlə bu tərzdə danışmasını, müharibə veteranı kimi qüruruma sığışdırmayaraq, özümə təhqir hesab etdim və mənimlə bu qaydada danışmamasını dedim. Bundan sonra həmin şəxslər maşına oturdular. Onların narkoman olduqlarını düşünərək, yaşadığım evin həyətinə keçib taxta parçasını götürüb yenə avtomobilin yanına qayıtdım. Qardaşım Əlibala və qonşum Elşən arxamca gəldilər. Sürücü tərəfdən qapını açıb, dərhal Zamiqə zərbələr endirdim. Maşından düşən Eynulla məni söydüyü üçün, ona da taxta parçası ilə ardıcıl zərbələr vurdum. Sağ əlimdəki taxta parçasını sol əlimə keçirib, yumruq zərbəsi ilə onu yerə yıxdım. Zamiqi yenə vurmaq istəyərkən qonşum buna imkan vermədi.

Yəhya Quliyev

Məhəllədəki səsə oyanıb, yaxınlaşan atam nə baş verdiyini soruşduqda, narkomanların məhəlləyə gəldiklərini dedim. Atam da hirslənərək, qapımızda narkomanların nə işi olduğunu deyib sürücüdən çıxıb getmələrini tələb etdi. Arxa oturacaqda oturan Emil adlı şəxs maşından düşərək, sürücü ilə birlikdə Eynullanı yerdən qaldırıb, avtomobilə otuzdurdular”.

Eynullanın zərbələrdən öldüyünü düşünməyib. Yanındakılara evə keçmələrini, polisə gedib, baş vermiş hadisə barədə məlumat verəcəyini deyib. Bir qədər sonra atası zəng edib, harda olduğunu soruşduqda, qəsəbədə, abidənin yanında olmasını bildirib. Atası orda gözləməsini və polis əməklaşları ilə birlikdə həmin yerə yaxınlaşacağını deyib. Orda polislərə təslim olub.

Yəhya Quliyev

Zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbadova ifadəsində göstərib ki, oğlu Eynullanın həyat yoldaşı 2013-cu ildə vəfat edib:

“Bundan sonra o, heç kimlə nikaha daxil olmadı. Eynullanın iki azyaşlı uşağını isə mən saxlayıram. Oğlum fərdi qaydada usta kimi çalışırdı, bundan savayı torpaq və avtomobil alqı-satqısı ilə də məşğul olurdu. Gülşən Heydərova ilə tanış olaraq onunla qeyri-rəsmi Atyalı qəsəbəsində, kirayə evdə qalırdı. Eşitdiyimə görə, son vaxtlar aralarında yaranan mübahisələrlə əlaqədar Gülşən anasının Biləcəri qəsəbəsində yaşadığı evə gedib. Fevralın 13-ü gecə saat 3-də bacımoğlu Emil Rzayev mənə zəng edərək, Eynullanın Respulika Kliniki Xəstəxanasında olması haqda məlumat verib. Xəstəxanaya çatanda artıq oğlumun öldüyünü bildirdilər”.

Hadisədən sonra bilib ki, həmin gecə Eynulla taksi fəaliyyəti ilə məşğul olan Zamiq Həşimli ilə Biləcəri qəsəbəsinə gediblər. Oğlu Gülşənlə görüşmək istəyib. Orda dava zamanı Yəhya Quliyev Eynullanı döyüb və aldığı xəsarətlər ölümünə səbəb olub.

Eynullanın meyiti

Şahid Gülşən Heydərova ifadəsində göstərib ki, mərhum Eynulla İbadov onun qeyri-rəsmi əri olub:

“Eynullanın anası birgə yaşamağımıza etiraz etdiyi üçün küsüb öz anamın Biləcəri qəsəbəsində yaşadığı evə getdim. Fevralın 13-ü gecə saat 1 radələrində Eynulla zəng edərək, mənimlə görüşmək istədiyini bildirdikdə, buna ehtiyac olmadığını söylədim və telefonunu söndürdüm. Hadisədən sonra bildim ki, həmin məhəllədə Yəhya Quliyev yaşayır”.

Şahid Zamiq Həşimli bildirib ki, fevralın 13-ü gecə saat 1 radələrində idarə etdiyi avtomobillə Eynulla İbadovu və xalası oğlu Emil Rzayevi Biləcəri qəsəbəsinə aparıb:

Zamiq Həşimli

“Eynullanın içkili olmasını hiss etdim. Maşından çıxıb, qadının qaldığı evə doğru gedən tanışım 1-2 dəqiqədən sonra qayıdıb yenə də avtomobildə əyləşdi. Yəhya Quliyev yaxınlaşıb, pəncərəni döyəndə, ondan nə istədiyini soruşdum. “Məhəlləyə niyə gəldiyimi?” soruşan şəxsə, taksi sürücüsü olduğumu və müştəri gözlədiyimi dedim. Bu zaman Eynulla Yəhyaya ironiya ilə “sənə nə var burda nə edirik, tutaq ki, maşın xarab olub” sözlərini söylədi. Maşından çıxıb Yəhyaya Eynullanın içkili olmasını deyərək sözlərinə fikir verməməsini xahiş etdim.

Yəhya bir neçə dəqiqədən əlində taxta parçası ilə evindən çıxaraq, yenə avtomobilə yaxınlaşıb. Qapını açıb, məni taxta ilə vuranda, əllərimi qabağa tutaraq, özümü zərbələrdən qorumağa çalışdım. Bu vaxt Eynulla maşından düşərək Yəhyanı söydü. Yəhyanın vurduğu çoxsaylı zərbələrdən sonra, Eynulla yerə yıxıldı və bir daha qalxmadı. Səs-küyə gələn tanımadığım şəxslər Yəhyanı araladılar. Emillə köməkləşib Eynullanı maşının arxa oturacağına yerləşdirdik. Biləcəri Dəmir Yol xəstəxanasında yaralını qəbul etmədiklərinə görə onu Respublika Kliniki Xəstəxanasına apardıq. Orda Eynullanı müayinə edən həkimlər, artıq onun keçindiyini bildirdilər”.


Məhkəmə iclasında Yəhya Quliyev ittiham üzrə özünü qismən təqsirli bilərək, əməlindən peşman olmasını qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi  təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini istəyib.
Məhkəmə Yəhya Quliyevin cinayət məsuliyyətinə ilk dəfə cəlb olunmasını, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib.
Məhkəmə hesab edib ki, Yəhya Quliyevin Cinayət Məcəlləsinin 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Yəhya Quliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.

DAHA ÇOX OXU

Cəmiyyət

İyun ayında ən təhlükəli günlər: Bu tarixlərdə nəsə planlamayın…

06/06/2023 23:04
export

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42
export

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01
export

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13
export

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00
Cəmiyyət

Eldar Əzizovdan qəzalı binalarla bağlı AÇIQLAMA

06/06/2023 20:40
SON XƏBƏR

TƏCİLİ - Müdafiə Nazirliyi yeni məlumat YAYDI

16 yaşlı model özündən 50 yaş böyük kişi ilə ailə qurdu: "Çox xoşbəxtik"- FOTO

Boksçu qələbədən sonra ÖLDÜ - VİDEO

Xəbər lenti

İyun ayında ən təhlükəli günlər: Bu tarixlərdə nəsə planlamayın…

06/06/2023 23:04

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42

Azərbaycanda məktəbli qız qaçırıldı

06/06/2023 22:15

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

06/06/2023 21:50

“Peyğəmbərəm” deyib qətl törətdi, indi də yoxa çıxıb – VİDEO

06/06/2023 21:30

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13

Eldar Əzizovdan Bakıda söküləcək binalar haqqında VACİB AÇIQLAMA

06/06/2023 21:10

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00

Mövqelərimiz atəşə tutuldu

06/06/2023 20:50

Eldar Əzizovdan qəzalı binalarla bağlı AÇIQLAMA

06/06/2023 20:40

Azərbaycan və Avstriya xarici işlər nazirləri arasında görüş başlayıb

06/06/2023 20:33

Həmin şəxs körpüdən belə düşürüldü – Video

06/06/2023 20:30

Xalq artisti qızının şad xəbərini paylaşdı – FOTOLAR

06/06/2023 20:10

Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istəyən qadın saxlanılıb

06/06/2023 19:48

SON DƏQİQƏ – Koroğlu metrosu yaxınlığında intihara cəhd (VİDEO)

06/06/2023 18:24

Zaur Kamal: “Rəksanəni palçıqdan Fazil çıxartdı” – VİDEO

06/06/2023 18:06

“Aylarla mənə 101 gül göndərirdi” – Çiçək – VİDEO

06/06/2023 17:49

Aysun son hadisələrdən danışdı: “Yaşadıqlarımı yaşayasınız”

06/06/2023 17:35

Lisey və gimnaziyalara ərizə qəbulu yekunlaşdı

06/06/2023 17:30

Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”

06/06/2023 16:47

İki qadın ölmüş maralları çiy-çiy yedi – ŞOK GÖRÜNTÜLƏR

06/06/2023 16:24

Dünya rekordunu təzələdi

06/06/2023 16:07

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.