Demokratik Konqoda daşqınlardan üç gün sonra seldə batmaq üzrə olan iki körpə xilas edilib.
Medianews.az xarici mediaya istinadla bildirir ki, Konqo Demokratik Respublikasında 400-dən çox insanın ölümünə səbəb olan daşqında möcüzə yaşanıb.
Belə ki, 3 gün boyunca seldə batmaq üzrə olan iki körpə sağ qalıb.
Şəhər meri Delphin Birimbi: “Bu bir möcüzədir, hamımız heyranıq” deyib. Birimbi əlavə edib ki, bu körpələrin valideynləri ölüb, lakin onlar körpələri böyüdə biləcək insanlarla əlaqə saxlayırlar.
Körpələrin 3 gün suyun üzərində necə sağ qaldıqları bəlli olmasa da, hadisə şahidləri onların sudakı dağıntılar üzərində üzdüklərini bildiriblər. Bazar ertəsi xilas edilən körpələr təbii fəlakətdən ən çox zərər çəkən Buşu kəndlərindən birində, digəri isə Nyamukubidə tapılıb.
Fəlakətdən sonra palçıqda daha çox cəsəd tapıldığı üçün ölənlərin sayı artıb. Yerli rəsmilər isə ölənlərin bəzilərinin kənd sakinləri deyil, səyahət edən ticarətçilər olduğu üçün şəxsiyyəti müəyyənləşdirməyin çətin olduğunu bildirib. Birimbi 5000-dən çox insanın hələ də itkin düşdüyünü və “xilasetmə işlərinin davam etdiyini” bildirib.
Medianews.az