Kirayə qaldıqları evdən çıxmaq istəməyən şəxslər məhkəmə icraçılarına və vəkillərə çətin anlar yaşadıb.
Medianews.az xəbər verir ki, hadisə Antalyada yaşanıb.
Muratpaşada yaşayan Mualla Doğan adlı şəxs 2 il əvvəl eyni səmtdəki əşyalı evini Belçika vətəndaşı Abdulvahab B. və Amerikalı Bethany E.-yə kirayə verib.
İddiaya görə, 2 il müddətində evə müxtəlif adamlar girib çıxan zaman Doğan kirayəçilərinə xəbərdarlıq edib. Lakin hadisə yenə də təkrarlanıb, binada yaşayan digər şəxslərdən şikayətlər gələndə ev sahibi vəkili Şerife Sultan Alpa vəkalət verib və ondan kirayəçiləri evdən çıxarmasını istəyib. Hüquqi prosesi başlatan Alp kirayəçilərə zəng edərək bildirib ki, evdən çıxarmaq üçün gəlib əşyalarını yığacaqlar.
Mayın 2-də icra məmuru ilə birlikdə ünvana gedən Şerife Sultan Alp gözlənilməz reaksiya ilə qarşılaşıb.
Abdulvahab B. və Bethany E. uzun müddət döyülməsinə baxmayaraq qapını açmayıb. Polis və çilingər qapını açanda ikili həmin anları mobil telefonları ilə lentə almağa başlayıb və ingiliscə “Biz Amerika vətəndaşıyıq, bizə toxuna bilməzsiniz” deyərək məmurlara çətin anlar yaşadıb.
Ara-sıra söyüş söyən və təhqirlər yağdıran Abdulvahab B. və Bethany E. məmurun kürəyinə zərbələr endirib. Bir müddət sonra isə Bethany E. evdəki Quranı götürərək ev sahibi Doğana tərəf silkələyib və “Sən şeytansan” deyib.
Yaşanan anlar hadisəni izləyən sakinlər tərəfindən lentə alınıb.
Sözügedən olaydan sonra vəkil həmin şəxsləri təhqir, təhdid, əmlaka zərər vurma, insanları kin və düşmənçiliyə sövq etmə, təxribat və alçaldıcı, asayişi pozma və cinayətləri ilə bağlı Antalya Respublika Baş Prokurorluğuna şikayət edib.
Aytac Şahin
Medianews.az