5 aylıq körpə yaşadığı evdə ölü tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Kastamonu bölgəsində baş verib.
Əraziyə gələn polis əməkdaşları araşdırmalara başlayıb.
Əldə edilən məlumata görə, körpənin ölümündə şüphəli bilinən anası Yasemin G. və onunla yaşadığı öyrənilən Cahit H. polislər tərəfindən saxlanılıb.
Körpənin cəsədinin yarılmasından sonra verilən ilk məlumata görə, onun kifayət qədər qidalanmadığı və baxımsızlıqdan öldüyü müəyyən edilib.
Aytac Şahin
Medianews.az