Polşada nəməlum şəxs uşaq evinə hücum edib.
Medianews.az xarici mediaya istinadla bildirir ki, bu barədə polis məlumat verib.
Hadisə çərşənbə axşamı, mayın 9-da axşam saatlarında Lodz yaxınlığındakı Tomisslavice şəhərində baş verib.
Müəyyən edilib ki, bıçaqla silahlanmış 19 yaşlı gənc müəssisəyə daxil olaraq on uşağa hücum edib.
Nəticədə 16 yaşlı şagird ölüb, daha 5 uşaq isə yaralanıb.
Cinayəti törədən şəxs həbs olunub.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az