“ABŞ Qərb mətbuatının manipulyasiyası ilə Türkiyədə keçiriləcək seçkilərlə bağlı planını həyata keçirmək niyyətindədir”
Medianews.az ” Yeni Akit” qəzetinə istinadla xəbər verir ki, bunu daxili işlər naziri Süleyman Soylu deyib.
Daxili İşlər naziri bildirib ki, ABŞ planı fəal şəkildə intensivləşir:
“Qərb mətbuatının müdaxiləsinə səbəb ABŞ planının həyata keçirilməsidir” .
Nazirin qeyd edib ki, Qərb 1960-cı ildən sonra Türkiyənin siyasi sisteminə nüfuz edib, indiki prezident Rəcəb Tayyib Ərdoğan bu təsiri aradan qaldıra bilib.:
“Ancaq indi Qərbin Türkiyəyə baxışı yenidən irəli sürülür, onlar iddia edirlər ki, Ankaranın guya geosiyasi üstünlükləri onun maraqlarına uyğun gəlmir, amma məsələ burasındadır ki, ölkə “Amerika mandatını qəbul etməyib”. Və yüz dörd ildir ki, Qərb bunun qisasını almağa çalışır”, – deyə daxili işlər naziri fikirini yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Süleyman Soylu ABŞ-ın bütün dünyaya nifrət etdiyini, dövlətin özünün də reputasiyasını itirməkdə davam etdiyini bildirmişdi.