İstanbul Hava Limanında polis əməkdaşları şübhəli şəkildə saxladıqları qadının saxta şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyən ediblər.
Medianews.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin terror təşkilatının üzvü imiş.
Dünən saat 17:50 radələrində İstanbul Hava Limanında baş verən hadisədə polis əməkdaşları şübhələndikləri qadını saxlayaraq şəxsiyyət vəsiqəsi istəyiblər. Vəsiqənin saxta olduğunu müəyyən edən polislər qadını saxlayıb.
Hadisə ilə bağlı İstanbul Polis İdarəsindən verilən açıqlamada bu ifadələrə yer verilib: “08 may 2023-cü il tarixində saat 17.50 radələrində İstanbul Hava Limanında əməkdaşlarımız bir qadını şübhəli olaraq saxlayıblar. Həmin şəxsin N.G adlı şəxs olduğu müəyyən edilib. O aparılan araşdırmalardan sonra təhvil verildiyi ədliyyə orqanları tərəfindən tutularaq Cəzaçəkmə Müəssisəsinə göndərilib”.
Medianews.az