Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasını təşkilatçılığı ilə may ayının 6 və 7 tarixlərində “İncəsənət Olimpiadası” yarışması keçirilib.
Yarışma 2 gün baş tutdu. Belə ki, birinci gün musiqi və vokal, ikinci gün isə rəqs növləri üzrə.
Olimpiadada skripka da AMK tərkibinə İncəsənət Gimnaziyasının 2C sinif şagirdi Quluzadə Zəhra və Bağırlı Sübüxanım birinci yerə layiq görülüb.
Qeyd edək ki, İncəsənət Olimpiadası artıq üçüncü ildir ki, keçirilir. Hər il yarışmaya yerli kollektiv və fərdi iştirakçılarla yanaşı, xarici iştirakçılar da qatılırlar. Bu cür yarışmaların keçirilməsində məqsəd isə istedadlı uşaq və gəncləri tanıtmaq, onları üzə çıxarmaq və xarici əlaqələri yaxşılaşdırmaq, uşaqların və rəhbərlərin xarici iştirakçılar və müəllimlərlə tanışlıq əlaqlərinin yaranmasına şərait yaratmaqdı. Bunu da qeyd edək ki, yarışma zamanı iştirakçılara öncədən çıxışlar üçün nömrələr verilir və onlar o nömrələrlə səhnəyə dəvət olunurlar. Çıxış zamanı iştirakçıların adları və hansı məktəbdən və ya qrupdan olduqları, müəllimlərin adları açıqlanmır.