Adanada texnika alıb satan bir şəxsin avtomobilinin şüşəsini sındıran oğrular içərisində 1 milyon 554 min lirə olan çantanı götürərək yoxa çıxıblar.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Seyhan rayonunun Cemalpaşa Məhəlləsində baş verib.
İddiaya görə, maşın alıb satan Çetin Mehmetcan Demirdelen banka gələrək 1 milyon 554 min lirə çıxarıb. Dəmirdelen pulu maşınına qoyub dostları ilə gəzintiyə çıxıb.
Bir müddət sonra geri qayıdan şəxs şüşənin sındığını görüb və maşına yaxınlaşanda çantanın orada olmadığını anlayıb və polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları maşındakı barmaq izlərini götürüb.
Dəmirdelen isə 1 milyon 554 min lirənin oğurlanmasının şoku ilə başına gələnləri izləyib. Polis şübhəli şəxsləri müəyyən etmək üçün araşdırmaları davam etdirir.
Aytac Şahin
Medianews.az