“Böyük müharibəyə iki ay qaldı”.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, iqtisadçı, güc nəzəriyyəsi üzrə mütəxəssis Mixail Xazin bu sözləri YouTube-da Manuchi Empathy layihəsi üçün müsahibəsində deyib.
Mixail Xazin hesab edir ki, yaxın bir neçə ay ərzində ABŞ yeni böyük müharibə başlayacaq.
İqtisadçı ekspert hesab edir ki, ABŞ yaxın aylarda Çin bazalarını ələ keçirməyə çalışacaq:
“Düşünürəm ki, iki-üç ay ərzində ABŞ Çinə qarşı hərbi əməliyyatlara başlayacaq. Ən yaxşı halda iki aydan bir az artıq vaxt qalıb. Və həqiqətən də hadisələr getdikcə daha təhlükəli hal alır. Çin Xarici İşlər Nazirliyi bəyan etdi ki, onlar Tayvanla birləşmənin “digər üsullarını” istisna etmirlər – “digərləri” güc yolunu nəzərdə tutur. Bu arada, Birləşmiş Ştatlar, Çini Tayvanla birləşdirmək siyasətinə sadiqliyindən danışsalar da, əslində narahatdılar”.
Medianews.az