79 yaşlı amerikalı aktyor Robert De Niro yeddinci dəfə ata olub.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, O, müsahibə zamanı jurnalistin sözlərinə düzəliş edərək bildirib ki, əslində altı yox yeddi:
“Bu yaxınlarda yeddinci dəfə ata oldum”.
Aktyorun sözlərinə görə, o, mehriban valideyn olmağa çalışır.
De Niro əlavə edib ki, qaydaları diktə etməyi sevmir, lakin bəzən başqa seçim də olmur.
Daha sonra yeddinci uşaqla bağlı məlumatı aktyorun rəsmi nümayəndəsi də təsdiqləyib.
Medianews.az