Türkiyənin Elazığ şəhərində uşaq meydançasına silahlı hücum olub.
Medianews.az xarici mediaya istinadla bildirir ki, uşaq parkına gələn şübhəli şəxslər düşmənçilik etdikləri şəxslərə ov tüfəngi ilə atəş açıblar.
Hücum zamanı 3 nəfər yaralanıb. Yaralılar təcili tibbi yarım vasitəsi ilə xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Medianews.az