Ölkə mətbuatının məlumatına görə, Şimali Kivu vilayətinin Rubaya bölgəsindəki Bisunzu koltan mədənində torpaq sürüşməsi baş verib.
Sürüşmədən sonra çökən mədəndə ən azı 100 işçi köməksiz vəziyyətdə qalıb. Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işlərinə başlanılıb.
Qeyd edək ki, Cənubi-Kivu əyalətindəki ötən həftə güclü yağışlar səbəbindən daşqınlarda 394 nəfər həlak olub.
Xatırladaq ki, tropik iqlim zonasında yerləşən KDC yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir. (AA)
Aytac Şahin
Medianews.az