Türkiyənin Kahramanmaraş vilayətində marketdə alış-veriş edən 3 qadın bir kişi tərəfindən döyülüb.
Medianews.az xəbər verir ki, şübhəli şəxs qadınlardan birinə şillə vurduqdan sonra yanındakı digər 2 qadına da hücum edib.
Hadisənin görüntüləri ərazidəki təhlükəsizlik kamerasına əks olunub. Həmin şəxsd daha sonra ətrafdakı vətəndaşların müdaxiləsi ilə zərərsizləşdirilib.
Polis vətəndaşlar tərəfindən yaxalanan U.Ş.-ni polis bölməsinə aparıb. Şübhəlinin qadınlardan birinin keçmiş həyat yoldaşının dostu olduğu iddia edilir.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az