Türkiyənin Şanlıurfa vilayətində qəribə oğurluq hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, öz evindən televizor oğurlayan şəxs kameralara düşüb.
Əldə edilən məlumata görə, hadisə Şanlıurfanın Ceylanpınar rayonunda baş verib. Hadisə yerinə gedən polis qrupları, ətrafdakı təhlükəsizlik kamera qeydlərini araşdırıb.
Axtarışlar nəticəsində saxlanılan şəxslər polis bölməsindəki əməliyyatlardan sonra məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.
Məlumata görə, oğurluq edən şəxs həyat yoldaşı ilə boşanma ərəfəsində olub. Bildirilir ki, polisə məlumatı onun həyat yoldaşı verib.
Medianews.az