Türkiyənin sosial media fenomeni və müğənnisi Cihan Emre hücuma məruz qalıb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, 25 yaşlı sosial media fenomeni və müğənni Cihan Emre Erdoğan ötən axşam Beşiktaşda konsert verib .
Konsertdən sonra dostları ilə ərazini tərk edən gənc fenomen dayanacaqda olan maşınına tərəf yollanıb.
Bu zaman fenomeni izləyən bir qrup insan onun ünvanına nəlayiq ifadələr işlədərək hücuma keçiblər.
Münaqişə əsasında yerə yıxılan gənc fenomenə cinayətkarlar ağır xəsarətlər yetiriblər və fenomeni qəsb edərək hadisə yerindən uzaqlaşıblar.
Hücum anları kameralara əks olununub.
Polisi tərəfindən yaxalanan 3 cinayətkar həbs edilib.
Medianews.az