Türkiyənin Hakkari vilayətində nadir toy baş tutub .
Medianews.az xarici mediaya istinadla bildirir ki, son zamanların ən çox danışılan toyu məhz burda baş tutub.
Cirki tayfasının başçısı Necman Adıyamanın oğlu Hazım Adıyaman və iranlı cütlük Mahana Abdolahi üçün iki gün iki gecə davam edən möhtəşəm toy mərasimi keçirilib.
Təxminən 10 min nəfərin iştirak etdiyi toyda bəyə 5 milyon 300 min TL, gəlinə isə 15 kilo qızıl verilib.
Bəyin atası Cirki tayfa başçısı Necman Adıyaman toy mərasimlərində iştirak edən hər kəsə təşəkkür edərək, “Həm Türkiyədən, həm də xaricdən gələn dəyərli qonaqlarımız bizi çox sevindirdi. Toyumuzda iştirak edən hər kəsə təşəkkür edirəm”.
Medianews.az