Çərşənbə axşamı, 6 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Əgər söhbət Heydər Əliyevdən gedirsə… Lalə Azərtaş yazır

XƏYALƏ
08/05/2023 12:38
83
BAXIŞ
FacebookTwitterTelegram

Biz öz doğmalarımızı, illah da həyatımızda dərin izlərini buraxaraq bizə doğru yol göstərmiş şəxsiyyətləri, həyatda əldə etdiyimiz bütün uğurlarımıza görə minnətdar olduğumuz parlaq simaları nə zaman xatırlayırıq? Yalnız doğum və anım günlərindəmi? Əsla! Onlar hər zaman bizimlədirlər. Onlar bizim düşüncələrimizdə, genetik yaddaşımızda elə möhkəmləniblər ki, hətta həyatda olmasalar belə yenə zəkamızı nurlandırırlar.

Biz onların göstərdikləri doğru yolla inamla irəlilədikcə əbədi minnətdarlıq hissi qəlbimizi tərk etmir. 

Bizə doğru yolu nişan vermiş parlaq simalar əldə etdiyimiz bütün uğurların müəllifləridir və onları yada salmaq bir qədirbilənlik duyğusudur.

Onlar bünövrədir, dayaqdır, istinad yerimizdir, onlar yaddaşımızın ən önəmli guşəsində dayanırlar. Biz hər dəfə yaddaşımıza boylandıqca onları xatırlayırıq, onlarsız uğurlarla dolu bu qədər yolu qət edəcəyimiz inanılmaz görünür. Əgər söhbət yalnız bir fərdin qəlbini işıqlandıran şəxsiyyətdən deyil, bütün xalqın yaddaşında əbədi həkk olmuş, ona xilas və tərəqqi yolunu göstərmiş siyasi xadimdən gedirsə, bu artıq ictimai şüurun ən yüksək mərhələsidir.

Əgər söhbət xalqını tarixin ən çətin sınaqlarından şərəf və qürurla çıxarmış, müstəqil dövlətimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevdən gedirsə, onda hər bir vətəndaşımızın bildiyi və fərəhlə anladacağı bir uğur hekayəsi var.
Çünki hər bir azərbaycanlının ürəyinə Heydər Əliyev doğmalığı hakimdir. Hər bir azərbaycanlı kimi mən də öz yaddaşıma boylanaraq Ulu Öndərimizin xatirəmdə möhkəmlənmiş dolğun obrazını bir yazı da anlatmağa çalışacağam.

… “Diqqət Heydər Əliyev danışır”,- evimizdə hər kəs televizora diqqət kəsilir.

O zaman Moskvanın yeganə mərkəzi televiziyasından Heydər Əliyevin Kremldəki çıxışını verirlər. Mən təzə-təzə orta məktəbə gedirəm, evdəkilərin marağı istər-istəməz mənə də sirayət edir. Efirdə göstərilən yad adamların arasından tribunada çıxış edən şəxsiyyətin müdrik siması tədricən yaddaşıma hopur, doğmalaşır.

… “Diqqət Heydər Əliyev danışır”,- evimizdə yenə hər kəs televizora diqqət kəsilib.

Bu dəfə yenicə müstəqilliyini elan etmiş ölkəmin televiziyasına baxırıq. İstiqlalını elan edən kimi qarşıdurmaların, vətəndaş müharibəsinin cənginə düşmüş vətənimin ağır günləridir. Tribunada yenə də doğma adamı görürəm, bu dəfə qayğılı, nigaran, lakin həmişəki kimi qətiyyət və cəsarətlə. Parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış xalqım onun yolunu gözləyirdi, onun qayıdışı günü qurbanlar kəsirdi, qurtuluşuna qovuşurdu.

… “Diqqət Heydər Əliyev danışır”,- bu dəfə evimizdə televizorun qarşısında deyilik, gecə yarı onun bir çağırışı ilə “Azadlıq” meydanındayıq.

Bütün xalq ayaqdadır! Hamı – böyükdən kiçiyə müdrik rəhbərinin səsinə səs verərək dövlətimizi yenidən parçalamaq, məhv etmək istəyən qüvvələrə qarşı sinəsini sipər edib.

Bundan sonra yaddaşımda yer eləmiş parlaq günlərdir, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmin uğurlarıdır. “Gülüstan” sarayı “Əsrin Müqaviləsi” imzalanır. Ulu Öndər qurduğu dövlətin bünövrəsini möhkəmləndirən, bütün XX əsrin siyasi tarixindən qırmızı xətt kimi keçəcək müqaviləni imzalayır.

İlk dəfə artıq bir vətəndaş kimi borcumu yerinə yetirmək üçün səsverməyə getməyim və fəxrlə öz səsimi Ulu Öndərə verdiyim gün də yaddaşımda yer etmiş, qürurla xatırladığım anların ən fərəhlisidir.   

Ulu Öndər müxtəlif güclərin siyasi və iqtisadi maraqlarının toqquşduğu mürəkkəb coğrafiyada yalnız müstəqil dövlət yaratmadı, gələcək qələbələrin şahidinə çevriləcək müasir və özünüdərk etmiş yetkin bir xalq formalaşdırdı. O, hələ sovet qorxusunun hakim olduğu dövrdə üçrəngli müqəddəs bayrağı dövlət atributu kimi qəbul etdirdi. Naxçıvanda rəsmi status qazanmış bayrağımız az sonra yeni yaranmış dövlətin əbədi atributuna çevrildi. Xalqın yaddaşında Heydər Əliyev bayraq qədər doğma və müqəddəs statusa malik qurucu şəxsiyyətdir. Onun vətən tarixindəki yeri barədə mülahizə yürütmək elə vətənin özü barəsində danışmaq deməkdir.

Gücünü xalqın birliyindən, həmrəyliyindən alan Heydər Əliyev ideyaları daim müasir və aktualdır. 

“Mən İlham Əliyevə özüm qədər inanıram” deyən Ulu Öndər müasir Azərbaycanın memarı olmaqla yanaşı otuz ilə qədər davam etmiş işğala son qoyan müqəddəs zəfərimizin də müəllifidir. Ulu Öndərin inandığı siyasi Liderin Dəmir Yumruğu ətrafında birləşən xalq tarixi missiyasını yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız Şuşanın azad olunması haqqında müjdəni paylaşarkən “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” söyləməklə müstəqil Azərbaycan dövlətçiliyində varislik missiyasını şərəflə yerinə yetirdiyini bəyan etmiş oldu.

Heydər Əliyevin dolğun və möhtəşəm obrazının bir Azərbaycan övladının yaddaşında yer eləmiş təəssüratı yalnız bununla bitmir.
Doğma vətənimiz tarixi qələbələrə doğru irəlilədikcə bütün uğurlarımızın bünövrəsində dayanmış Heydər Əliyev ideyaları da inkişaf edir, müasirləşir və hər bir azərbaycanlının qəlbində öz əzəmətli yerini daha da möhkəmləndirmiş olur. Bu baxımdan, əgər söhbət Heydər Əliyevdən gedirsə, biz heç vaxt keçmiş zamanda danışmırıq. İnsanın öz vətəni haqqında keçmiş zamanda danışmasını təsəvvür etmək belə mümkün deyil.

Qədirbilən xalqımız və dövlətimiz var olduqca Heydər Əliyev bizimlə olacaq və yaddaşımızda öz əzəmətini qorumaqda davam edəcəkdir.

DAHA ÇOX OXU

1-MANŞET

İşəgötürənlər üçün yeni vəzifə müəyyənləşdirilir

06/06/2023 14:38
1-MANŞET

Zavallı İlkinin ilkin ifadəsi – “Günahsız Abdulla”dan necə manyak Çikatilo düzəltdilər…

06/06/2023 09:06
1-MANŞET

Roma Papasından İlham Əliyevə təbrik məktubu

05/06/2023 20:59
Dünya

Dünyanın gözlədiyi xəbər gəldi – İki ölkə arasında GƏRGİNLİK AZALIR

05/06/2023 19:21
1-MANŞET

Yaşa görə pensiya artırılacaq – VİDEO

05/06/2023 12:16
1-MANŞET

Bakıda intihara cəhd edən qız belə xilas edildi – VİDEO

05/06/2023 11:59
SON XƏBƏR

Əhalinin NƏZƏRİNƏ! - Bunu edənlər50 AZN CƏRİMƏLƏNƏCƏK - VİDEO

Azərbaycanda xanım nazir İŞDƏN ÇIXARILDI

Paytaxtda daha bir sürücü yolun əks istiqaməti ilə sürdü, avtobusun yolunu kəsdi - VİDEO

Xəbər lenti

Dünya rekordunu təzələdi

06/06/2023 16:07

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51

Bu görüntülər böyük səs-küyə səbəb oldu

06/06/2023 15:46

Hava şəraitinə görə bu imtahanların vaxtı dəyişdirildi – RƏSMİ

06/06/2023 15:38

Dövlət çevrilişinə cəhdlə bağlı axtarış aparılıb

06/06/2023 15:25

Mebel fabrikində yanğın – HƏR YER TÜSTÜYƏ QƏRQ OLDU

06/06/2023 14:58

Bakıda tufan küləyi əsir

06/06/2023 14:44

İşəgötürənlər üçün yeni vəzifə müəyyənləşdirilir

06/06/2023 14:38

Qızını boğaraq öldürən anaya BU CƏZA VERİLDİ

06/06/2023 14:32

İcra başçısının sabiq müavini həbs edildi

06/06/2023 14:18

Rusiyanı çaşdıran video! Saxta Putin hərbi vəziyyət elan etdi

06/06/2023 14:05

Hakan Fidan Abdullah Çatlımı? – Şəhər əfsanəsi ilə bağlı iddialara nöqtə QOYULDU

06/06/2023 13:49

İşsiz vətəndaşlar üçün ayrılan vəsait artırılır

06/06/2023 13:40

Mətanət Əliverdiyeva onu Lara Fabiana bənzətdi -VİDEO

06/06/2023 13:36

“Hər il danışıram, özüm də bezmişəm”

06/06/2023 13:26

“Vətəndaş məmur qapısında elə üz görür ki…”

06/06/2023 13:14

Rusiyaya casusluqda ittiham olunan agent ABŞ-da ölü tapıldı

06/06/2023 12:48

Saxta avtomobil elanı verən şəxs satıcını “dayım”, alıcını isə “komandir” kimi təqdim etdi…

06/06/2023 12:43

Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı AÇIQLAMA

06/06/2023 12:32

Orta məktəbdə dəhşət: Ayrılığı həzm edə bilməyib, keçmiş sevgilisini…

06/06/2023 12:22

Azərbaycanlı tələbə Polşada qəfil öldü

06/06/2023 12:13

13 universitetin rektoru DƏYİŞDİ – YENİ QƏRAR

06/06/2023 12:05

Rasim Məmmədovun cəzası yüngülləşdirildi

06/06/2023 11:59

Qayıqda müəmmalı şəkildə ölmüş insanların cəsədləri tapıldı

06/06/2023 11:39

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.