Dünyanın hər yerindən bir çox qəzet və televiziyanın hazırda diqqəti Türkiyəyə çevrilib. 2023-cü ilin ən əhəmiyyətli seçkisinə diqqət çəkən Ərdoğanın prezidentlik dönəmi dünya mediasında analiz edilir.
Dünya anbaan Ankaradakı prosesləri izləyir. Diqqətini Türkiyəyə yönəldən dünya mətbuatı Böyük İstanbul Toplantısını ön səhifələrinə daşıyıb.
Ərdoğanın sözləri İngiltərədən ABŞ-a, Yunanıstandan Fransaya qədər bir çox ölkədə medianın manşetlərinə düşüb. Belə ki, seçkiyə bir neçə gün qalmış Hindistanın First Post mediasında Türkiyədəki seçkilər təhlil edilib.
“Xüsusi konstitusiya ilə baş nazir, daha sonra isə çox güclü prezident olan Rəcəb Tayyib Ərdoğan nəsillər boyu Türkiyənin ən əhəmiyyətli lideri olub”- deyən First Post, “Əsas xüsusiyyətlər” başlığı ilə oxucularının qarşısına çıxıb.
Ərdoğanın gəncliyində futbol oynadığını xatırladan qəzet Ərdoğanı “istedadlı natiq” kimi qələmə verib.
Xəbərdə Ərdoğanın seçkidə uduzmaması lazım olduğu vurğulanıb və bu ifadələrə yer verilib:
“Səhnədə canlanan veteran kampaniyaçı, Ərdoğan itaətsizlikdən həzz alan və heç bir milli seçkidə heç vaxt uduzmamaqla fəxr edən istedadlı bir natiqdir”.
Qəzet Ərdoğanın regional və qlobal məsələlərdə oynadığı rola toxunaraq, “Türkiyə lideri Türkiyənin Qara dənizin cənub sahillərini və Aralıq dənizinin şimal sahillərini qoruyan Avropa ilə Yaxın Şərq arasında strateji mövqeyindən istifadə edərək diplomatik münasibətlər əldə edib”.
Ərdoğanın Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynadığını bildirən qəzet bu cür dəyərləndirmə edib:
“Ərdoğan Vladimir Putinə və Rusiyanın böyük enerji resurslarına açıq çıxışı olan azsaylı dünya liderlərindən birinə çevrilib ”.
Ərdoğanın taxıl böhranının həllində oynadığı rola diqqət çəkən qəzet, “Ukraynanın taxıl ixracatının yenidən başlanmasına dair razılaşmaya vasitəçilik etdiyi üçün beynəlxalq aləmdə təqdir edildi” -deyə qeyd edib.
Medianews.az