Azərbaycalı model Səmra Hüseynova Türkiyədə zorakılığa məruz qalıb.
Medianews.az xəbər verir ki, məşhur model elektrotexnika mağazalarından birinin işçisi tərəfindən döyülüb.
Mağaza işçisi Səmra Hüseynovaya oranı tərk etməsini bildirib. Mağazanı tərk etməyəcəyini deyən model döyülüb.
Hadisənin baş verməsinə səbəb Səmra Hüseynovanın mağazadan pulunu geri tələb etməsi olub.
Səmra Hüseynova hadisəni canlı olaraq TikTok hesabında yayımlayıb.
Qeyd edək ki, Səmra Hüseynova aylar öncə keçirdiyi stress və depressiya səbəbi ilə Türkiyənin İstanbul şəhərinə köçdüyünü açıqlamışdı.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
QEYD: Videoda qeyri-etik ifadələr var.
Medianews.az