Ukrayna Müdafiə Nazirliyi Rusiyanı Bahmut şəhərinə fosfor bombası ilə hücumda ittiham edib.
Medianews.az xəbər verir ki, Ukraynanın cəbhə xəttində yerləşən strateji əhəmiyyətli Bahmut şəhərində şiddətli toqquşmalar davam edir.
Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada rus ordusunun Bahmutun boş ərazilərinə fosfor bombaları ilə hücum etdiyi iddia edilib.
Bəyanatda Rusiyanın fosfor bombasından istifadə etdiyi anların videosu da yer alıb.
Rusiya müharibə başlayandan bəri Ukraynada ağ fosfordan istifadə etməkdə ittiham olunur.