İngiltərənin paytaxtı Londonda metronu bürüyən tüstü “yanğın” panikasına səbəb olub.
Medianews.az xəbər verir ki, London metrosunda baş verən hadisədə vaqonlar tüstü ilə dolarkən sərnişinlər çölə çıxmaq üçün şüşələri sındırıblar. Onlardan bəziləri qatarın qapılarını zorla açaraq çölə çıxmağa çalışıb. Panikadan sonra metroda tüstülənmənin səbəbinin texniki nasazlıq olduğu açıqlanıb.