Sakarya Təhsil və Araşdırma Xəstəxanası Ginekologiya və Pediatriya şəhərciyində xəstənin qohumu uşağına venadaxili xətt çəkmədiyini iddia edərək məsul həkimə hücum edərək dişini sındırıb.
Medianews.az bildirir ki, iddiaya görə, Sakarya Təhsil və Araşdırma Xəstəxanası Qadın Xəstəlikləri və Uşaq Xəstəlikləri Təcili Xidmətində çalışan Həkim Məhəmməd Furkan Erden ilə uşağını acil servisə gətirən şəxs arasında venadaxili xəttin açıla bilmədiyi iddiası ilə mübahisə düşüb.
Uşağının qolunun şişdiyi səbəbiylə təcili yardıma addım atan hirsli şəxs həkimə hücum çəkməyə başlayıb. Hücumda dişi qırılan həkim döyülüb. Davaya müdaxilə edən təhlükəsizlik işçiləri şəxsi polis qruplarına təhvil verib. Hücum edən şəxs nəzarətə alınarkən, məsələ ilə bağlı istintaq başladılıb.
İl Səhiyyə Müdiri Prof. Dr. Əziz Öğütlü həkimə edilən hücumu qınayıb. Öğütlü paylaşdığı mesajda “Xəstə yaxınının SEAH Doğum və Pediatriya Kampusunun Təcili Yardım şöbəsində çalışan həkimimizə hücumunu şiddətlə qınayırıq. Hadisəni törədən şəxs barəsində şikayət edilib və məhkəmə prosesi başlayıb. Səbəbi nə olursa olsun, tibb işçilərimizə qarşı zorakılıq heç vaxt qəbuledilməzdir. İşi çox yaxından izləyəcəyimizi ictimaiyyətə bir daha çatdıraraq, vəzifə yerinə yetirərkən hücuma məruz qalan həkimimizə xoş arzularımızı çatdırırıq” deyə bildirib.
Medianews.az