Antalyanın Qazipaşa rayonunda baş verən və dənizdə hərəkət etdiyi müşahidə edilən tornado vətəndaşları qorxuya salıb. Həmin vaxt kameralar çəkiliş aparırdı.
Medianews.az bildirir ki, yay mövsümünə bir neçə gün qalmış Antalya səmasında tornado müşahidə edilib. Aralıq dənizi bölgəsində təsirli olan şiddətli yağış və fırtına Qazipaşada da öz təsirini göstərib. Yağış və fırtına Qazipaşanın Selinus çimərliyində tornadoya səbəb olub.
Anamurda baş verən tornado fəlakətindən sonra baş verən təbii hadisə vətəndaşları təşvişə salsa da, qasırğanın dəniz üzərində hərəkət etdiyi anlar vətəndaşlar tərəfindən lentə alınıb. Şəhərin mərkəzindən aydın şəkildə görünən tornado çimərliyə çatandan bir müddət sonra yoxa çıxıb.

Medianews.az