Şənbə, 20 Aprel 2024

“Anna Akopyan Çexiyada etiket qaydalarını kobud şəkildə pozub” – Erməni mediası – FOTOLAR

“Cins şalvar və “batinka”da rəsmi görüşə gedən “birinci xanım” etiket qaydalarını kobud şəkildə pozub.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, xarici ölkəyə rəsmi səfərə gedən Ermənistanın birinci xanımı etiket qaydalarına riayət etməyib.

Nəşr digər dövlət başçılarının xanımları ilə fotolarını dərc edərək Akopyana nümunə göstərib.

“Dünən Nikol Paşinyan xanımı ilə Çexiyaya rəsmi səfərə gedib.

Anna Akopyan bu dəfə də diqqətləri özünə çəkib. O, bu dəfə ərini yenidən müşayiət etdiyinə görə yox, rəsmi səfərə geydiyi geyiminə görə seçilib.

Axı cins şalvarda, “batinka”da hökumət təyyarəsindən düşmək hansı məntiqə sığır? Elə bil axşam istirahət üçün hansısa kluba gedəcək. O ölkə səni xüsusi protokolla qarşılayır, gül-çiçək verir, sənsə bu cür saymazyanalıq edirsən.

Rəsmi səfərə gedən, ölkəsini təmsil edən bütün xanımlar, o cümlədən, Azərbaycanın birinci ledisi Mehriban Əliyeva geyimlərinə xüsusi diqqət yetirir.

Ermənistanı təmsil etdikləri başqa ölkələrə nə geyinəcəyini bilməyən bizim “birinci xanım” Anna Akopyan kimi “bomj”lar şərəfsizləndirir.

Yəqin bunu qəsdən edirlər, başqa izahatı yoxdur”, – deyə media yazıb.

DAHA ÇOX OXU

Xəbər lenti