Avstraliyalı “Kainat gözəli”nin finalçısı 23 yaşlı Sienna Weir dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, bu ilin əvvəlində ağır qəza keçirdikdən sonra sonra reanimasiyaya yerləşdirilib.
Uzun müddətdir komada olan modelin bağlı olduğu aparat həkimlər tərəfindən qapadılıb. Alınan qərarla gənc modelin bağlı olduğu aparat 4 May Cümə axşamı günü söndürülüb.
Gənc yaşlarında dünyasını dəyişən gözəl modelin vəfatı ailəsini, dostlarını və sevgilisini kədərləndirib.
Qeyd edək ki, Sienna 2022-ci ildə “Miss Universe Australia” üçün 27 finalçıdan biri olub. Sienna “Miss Universe Australia” yarışın qalibi olmuşdu.
Medianews.az